Paşinyan Petrosyanın tarixi səhvini təkrarlayır – Heydər Əliyevin məşhur təklifi…

Paşinyan Petrosyanın tarixi səhvini təkrarlayır - Heydər Əliyevin məşhur təklifi...

Ermənistan son 30 ildə ikinci dəfə ciddi iqtisadi səhvə yol verir. Belə ki, 1994-cü ildə Ermənistan Bakı-Tbilisi-Ceyhan boru kəmərinin ərazisindən keçməsi təklifinə yox dedi. Mərhum prezident Heydər Əliyev Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanla görüşü zamanı bu təklifi vermiş, əvəzində torpaqlarımızın işğaldan azad olunmasını tələb etmişdi. Petrosyanın cavabı belə olmuşdu: “Bir kəmərə görə Qarabağdan imtina etmərik”.

Maraqlıdır ki, Ermənistan tərəfi bu gün də bənzər formada Azərbaycanın Zəngəzur dəhlizi təklifinə yox deyir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Orxan Amaşov deyib ki, müəyyən mənada tarix təkrarlanır:

“Petrosyanın xələfləri də eyni siyasi xətti tutaraq Ermənistanın suverenliyinin məhdudlaşdırılması hesabına Qarabağın işğalını davam etdirdi. Lakin sonda rəsmi Bakı torpaqlarını işğaldan azad etdi.

Paşinyan Petrosyanın tarixi səhvini təkrarlayır - Heydər Əliyevin məşhur təklifi...

Orxan Amaşov

30 il keçməsinə baxmayaraq Ermənistan Azərbaycanın Zəngəzur dəhlizi təklifini düzgün anlamır. Rəsmi İrəvanın Zəngəzur dəhlizinə baxışı fərqlidir. Onlar bunu ərazi işğalı kimi başa düşürlər, halbuki Azərbaycanın belə bir niyyəti yoxdur və bunu dəfələrlə elan edib.

Bu gün İranla eyni motivdə fərqli müqavilələr imzalanıb. Lakin bu o demək deyil ki, Azərbaycan Zəngəzur dəhlizindən imtina edir. Bu, tamam ayrı məsələdir və bizim dəhlizlə bağlı tələblərimiz gündəmdədir”.

Turan Rzayev
Globalinfo.az