“Rusiyaya sanksiya tətbiq edən Qərb dövlətləri, İrəvan hakimiyyəti qərbyönümlü siyasət yürütdüyü üçün Ermənistana şərait yaradırlar”.
Globalinfo.az xəbər verir ki, bunu erməni iqtisadçı Suren Parsyan deyib.
S.Paryan hakimiyyətin qərbyönümlü siyasət aparmayacağı təqdirdə birbaşa sanksiyalara məruz qalacağını bildirib:
“Bütün sahələrdə iqtisadi artım müşahidə olunur. Sənaye, kənd təsərrüfatı və s. Biz bir çox qida məhsulları, qızıl və başqa mallar ixrac edirik. Lakin bunların hamısı yerli məhsul deyil. Dramın dəyəri həddindən çox ucuz olduğu üçün Rusiya və Belarus mallarına tələbat hesabında uduzuruq. Düşünün, yerli mal istehsal etmirik, amma ixrac həyata keçiririk. Təkcə qızıl emalının həcmi 13,7 dəfə artıb. Ermənistan bir ayda belə bir bur həcmdə qızıl emalı islahatları edə bilməz. Bunun üçün potensialımız da yoxdur. Görünən odur ki, Rusiya sanksiyalara məruz qaldığı üçün Ermənistan özünü rus mallarının daşıyıcı və ötürücüsünə çevirib. Hakimiyyət də qərbyönümlü olduğu üçün digər ölkələr buna göz yumur”.
Ayşən Mustafa














