
Son aylar sülh istiqamətində ümidverici proseslər gedir. Ermənistan bir neçə dəfə bildirib ki, sənədi imzalamağa hazırdır. Amma Paşinyan hökuməti sülhə mane olan əsas amili aradan qaldırmağa həvəsli görünmür. Ermənistanın konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları var. Bakı və Ankara tələb edir ki, sülh üçün Ermənistan konstitusiyadan bu maddələri çıxarmalıdır. Bunun üçün referendum keçirilməlidir. Xatırladaq ki, Ermənistan Türkiyəyə qarşı saxta soyqırımı iddiaları da irəli sürür.
Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Ermənistan konstitusiya islahatına getməsə sülh bağlanmayacaq. İrəvanın bu israrı yaxın perspektiv üçün nə vəd edir?
Globalinfo.az saytının təsisçisi Azər Ayxan Real TV-nin “Ortagün” verilişində bu və ya başqa sualları cavablandırıb.
Verilişi təqdim edirik:














