“Mən kilsəyə qarşı kampaniya apara bilmərəm”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bugünkü mətbuat konfransında deyib.
“Erməni apostol kilsəsi mənim və ailəm üçün müqəddəsdir. Əks halda baş verən “dağıdıcı proses”ə biganə qalardıq. Biz Ermənistanı Serj Sərkisyandan azad etdiyimiz kimi kilsəni də azad edəcəyik”, – Paşinyan bildirib.
Əliyar Xəlil
Globalinfo.az














