llgMijDj1qkXlks4lEoTRQ0d865sss2QSwxHJsRC 1200 1

Gürcüstan vətəndaşları üçün vizasız səyahət meyarları əvəzinə Tbilisiyə qarşı siyasi tələblər tətbiq edib.

Globalinfo.az xəbər verir ki, bunu Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili bildirib. O qeyd edib ki, bu halda ölkənin suverenliyi daha vacibdir və çiyələklə ticarət etməyə dəyməz.

Gürcüstan və Aİ hökumət nümayəndələrinin 11 iyunda keçirilən görüşü barədə danışan Papuaşvili siyasi məsələlərə deyil, texniki gündəmə diqqət yetirəcəyini bildirib.

“Artıq Gürcüstan Xarici İşlər Nazirliyində işçi qrup yaradılıb. Ölkənin suverenliyi daha vacibdir və çiyələklə ticarət etməyə dəyişməyə dəyməz. Ölkəmizi çiyələyə dəyişək?”, – deyə o bildirib.

Siyasətçinin sözlərinə görə, Brüssel Tbilisidən Rusiya əleyhinə sanksiyalara qoşulmağı və xarici maliyyələşdirmənin şəffaflığını təmin etməyə yönəlmiş qanunvericilikdən imtina etməyi tələb edib.

“Təəssüf ki, vizasız rejim üçün həqiqətən vacib olan meyarlar əvəzinə Gürcüstana qarşı siyasi şərtlərin icad edildiyini və tətbiq edildiyini gördük. Bu, ölkəmizin öz milli gündəliyini müstəqil şəkildə müəyyən etmək suveren hüququnu birbaşa pozur”, – deyə o vurğulayıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: