Əsirlikdəki hərbçilərimiz qaytarılır

Xəbər verdiyimiz kimi, Azərbaycan tərəfi erməni əsilli 32 şəxsin, Ermənistan isə azərbaycanlı hərbi əsirlər Aqşin Bəbirov və Hüseyn Axundovun azad edilməsi ilə bağlı razılığa gəlib.

Globalinfo.az xatırladır ki, Hüseyn Axundiv ilk olaraq Ermənistan dövlət sərhədini qanunsuz keçmək, odlu silah və döyüş sursatı qaçaqmalçılığında, o cümlədən aprelin 12-də mis-molibden zavodunun gözətçisi Ayrapet Meliksetyanı qətlə yetirməkdə ittiham olunaraq barəsində 20 illik həbs qərarı çıxarılmışdı.

Lakin 6 dekabr 2023-cü il tarixində Ermənistan məhkəməsi zavodun digər mühafizəçisinin şikayətini təmin edərək H.Axundov barəsində ömürlük həbs qərarı çıxardı.

Həmçinin digər azərbaycanlı əsir Aqşin Bəbirova da dövlət sərhədini qanunsuz keçməkdə və odlu silah, sursat qaçaqmalçılığında günahlandırılaraq 11,5 il müddətinə həbs cəzası verilmişdi.

Ayşən Mustafa
Globalinfo.az