67ead7210fb1667ead7210fb17174344374567ead7210fb1467ead7210fb15

Türkiyəli blogerə qarşı Ermənistanda cinayət işi açılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan məlumat verib.

Buna səbəb Ogün Özdəmirin İrəvanda çəkdiyi videogörüntülər olub. Daha dəqiq desək, o, İrəvanda olarkən şəhəri Azərbaycan torpağı adlandırıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Ogün Özdəmir İrəvandakı Respublika meydanından canlı yayım açaraq Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

Türkiyəli bloger Azərbaycan və Türkiyə yerli kanallarına da səfəri ilə bağlı müsahibə verib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: