İyulun 14-də Erməni Apostol Kilsəsinin rəhbəri II Qareginlə Daşnaksütyun Partiyasının Büro nümayəndəsi (partiyanın idarəedici orqanıdır – red.) Akop Ter-Xaçaturyan görüşüblər.
Globalinfo.az xəbər verir ki, görüşdə əsas müzakirə mövzusu regional hadisələr, xarici çağırışlar, Ermənistanın qarşısında duran problemlər və daxili siyasi situasiya olub.
Görüşdə tərəflər həmçinin Qarabağ ermənilərinin haqlarının müdafiəsi ilə bağlı proqrama dəstəyi davam etdirəcəklərini bildiriblər. Bundan başqa, onlar Ermənistanla-diaspor arasında əlaqənin gücləndirilməsi gərəkdiyini bildiriblər.
Qeyd edək ki, kilsə və daşnaklar son bir ildə müttəfiq kimi hərəkət etməyə başlayıblar. Adətən daşnaklar Eçmiədzinə güvənmir və onun Kilikiya Katalikosluğu ilə hərəkətə üstünlük verir. Qalstanyanın etirazlarından sonra daşnaklar Eçmiədzinlə yaxınlaşaraq Bakı ilə İrəvanın barışıq prosesinə mane olmağa cəhd edirlər. Daşnaklar bu baxımdan diaspor daxilində də Paşinyana qarşı təbliğatı artırıblar və böyük nəticələr əldə ediblər. Akop Ter-Xaçaturyanın katalikosla görüşməsi isə daşnakların bundan sonra da kilsə ilə birgə hərəkət edəcəyini deməyə əsas verir.
Əliyar Xəlil
Globalinfo.az














