Rusiya xüsusi xidməti İrəvandakı bu məsələni bilirdi – Xaçaturyan

Rusiya xüsusi xidməti İrəvandakı bu məsələni bilirdi - Xaçaturyan

Rusiya xüsusi xidmət orqanları Ermənistanda dövlət çevrilişinə cəhdin təşkilindən xəbərdar olublar”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan İctimai Televiziyasına müsahibəsində hakim Mülki Müqavilə Partiyasından deputat Armen Xaçaturyan deyib.

“Fikrimcə, Rusiyanın təhlükəsizlik orqanları o qədər də qeyri-peşəkar deyillər ki, Ermənistandan onlarla insanın gəlib təlim keçməsini bilməsinlər.

Məncə iştirakçıların sayı 7-dən çoxdur. Əgər Rusiyanın səriştəli orqanları məsələdən xəbərdar deyildilərsə, o zaman bu, çox böyük problemdir” – deyə o bildirib.

Xatırladaq ki, keçən həftə Ermənistanda dövlət çevrilişi etmək istəyən bir qrup şəxs həbs edilib. Onlar içərisində Qarabağ erməniləri də yer alıb.

Əliyar Xəlil
Globalinfo.az