Ermənistan Statistika Komitəsi son 6 ayda ölkədən sığınacaq istəyən şəxslərlə bağlı siyahı yayıb.
Globalinfo.az xəbər verir, siyahıda İraq vətəndaşlarının üstünlük təşkil etdiyi (131 nəfər) qeyd edilib.
İkinci yerdə Ukrayna vətəndaşları qərarlaşıb: 115 nəfər. Üçüncü yerdə isə İran vətəndaşları (40 nəfər) mövqe tutub.
Son 6 ayda Rusiyadan yalnız 18 nəfər sığınacaq üçün müraciət edib.
Ermənistan Statistika Komitəsi iddia edib ki, guya Azərbaycan və Türkiyədən də sığınacaq istəyənlər olub.
Qeyd edək ki, erməni cəmiyyətində azərbaycanofobiya və türkofobiya geniş vüsət alıb. Belə bir məqamda hansısa azərbaycanlının Ermənistandan sığınacaq istəməsi inandırıcı görünmür.
Tamerlan Yayaqan
Globalinfo.az














