Erməni ekspertin 3 rayon mesajı: Azərbaycanı buradan çıxarmalıyıq

Erməni ekspertin 3 rayon mesajı: Azərbaycanı buradan çıxarmalıyıq

“Nikol Paşinyan dünyaya göstərmək istəyir ki, onun rəqibləri revanşistdirlər, məsələni daha da alovlandırmaq istəyirlər və beynəlxalq nümayəndələr Ermənistanı tərk etsələlər, müharibə olacaq”.

Globalinfo.az xəbər verir ki, bunu erməni hərbi ekspert Karen Vrtanesyan deyib.

Vrtanesyan Azərbaycanın əsas yüksəkliklərə nəzarət etdiyini və Ermənistanın müharibəyə hazır olmadığını bildirib:

“Mən həm hərbi ekspert, həm rasional mühakimə qabiliyyətinə malik şəxs, həm də müharibələrdən xəbərdar biri kimi savaşın tərəfdarı deyiləm. Aydındır ki, biz ordunu parçalamaqla müharibədən yan keçə bilməyəcəyik, əksinə, daha ağır məğlubiyyətə düçar olacağıq. Azərbaycan və Türkiyə çox gözəl başa düşür ki, Rusiya və İran bölgədə gücləndikcə Ermənistana daha çox şərait yaradacaqlar. Bizim isə çox ciddi təhlükəsizlik problemlərimiz var, müharibəyə hazır deyilik.

Azərbaycan Ermənistan istiqamətində ən mühüm yüksəkliklərə nəzarəti ələ alıb. Qafan, Gorus və Cermuka birbaşa nəzarət edir. Həmin hissələrdə ordu cəmləyə bilsək, bəlkə, düşməni oradan çıxarmaq mümkün ola bilər”.

Ayşən Mustafa
Globalinfo.az