“Ermənistan üçün Qərb Türkiyə deməkdir” – Lukyanov

“Ermənistan Rusiya bazalarını ölkədən çıxarsa, bu, iki ölkənin münasibətlərində qırılma anı olacaq”.

Globalinfo.az xəbər verir ki, bunu rusiyalı politoloq Fyodor Lukyanov deyib.

“KTMT-dən çıxmaq bəyanatı onunla bağlıdır ki, Ermənistana bu alyans artıq lazım deyil. Əvvəllər bu simvolik əhəmiyyət daşıyırdı, amma indi vacib deyil. Təhlükəsizlik baxımından əlaqələr Ermənistanla KTMT arasında yox, birbaşa Rusiya ilə qurulub. Məncə KTMT-dən çıxış münasibətlər sistemini tam dağıtmayacaq. Ən vacib məsələ Rusiya bazaları ilə bağlıdır. Hələlik Ermənistan rəhbərliyi deyir ki, bu məsələ müzakirə edilmir. Əgər Ermənistan rəhbərliyi desə ki, onların fəaliyyətinin dayandırılmasını istəyir, bu, münasibətlərdə dönüş anı olacaq. Bu halda hətta formal müttəfiqlik də dayanacaq və hələ bilmədiyimiz digər münasibətlər başlayacaq” – deyə o bildirib.

O, Ermənistanın siyasətinin hələ də aydın olmadığını söyləyib.

Lukyanova görə, Ermənistanın NATO ilə sərhəd olması, İrəvan üçün Qərb anlayışının Türkiyə mənasına gəlməsidir:

“Ermənistan Avropa Birliyi ilə sərhəd deyil, amma NATO ilə sərhəddir. Aydın olur ki, əslində Ermənistan üçün Qərb Türkiyə deməkdir. Bu münasibətlər sıx tərəfdaşlığa da çevrilə bilər. İndi əsas məsələ onun hansı mənəvi-etik əsaslar üzərində qurulacağıdır. Əgər Türkiyə ilə yaxınlaşma cəhdi olsa, məncə Ermənistan rəhbərliyi Rusiya ilə nə düşünməsindən asılı olmayaraq, burada onun minimal da olsa mövcudluğunu zəmanət üçün saxlamalıdır”.

Əliyar Xəlil
Globalinfo.az