Ermənistan Türkiyənin bütün tələblərini icra edir – Silayev

Ermənistan Türkiyənin bütün tələblərini yerinə yetirir.

Globalinfo.az xəbər verir ki, bunu rusiyalı politoloq Nikolay Silayev deyib.

“Qarabağ məsələsində Ermənistan siyasətini yenidən nəzərdən keçirib. “Erməni soyqırımı”na gəlincə isə hazırda konstitusiya reformları müzakirə edilir və bundan sonra konstitusiyadan soyqırım xatırlatması silinəcək. Yəni Ermənistan Türkiyənin bütün tələblərini icra edir. Məncə Türkiyə Ermənistanla bu fonda diplomatik münasibətləri bərpa edib, sərhədləri aça bilər” – deyə o bildirib.

Silayev həmçinin Ermənistanın yaxın zamanlarda Avropa Birliyinə qəbul edilməyəcəyini deyib:

“Ermənistanın AB ilə ortaq sərhədi yoxdur və çətin ki yaxın gələcəkdə də peyda olacaq. Üstəlik, AB-yə üzvlük prosedur on illərlə davam edə bilər”.

Əliyar Xəlil
Globalinfo.az