Ermənistan sülh müqaviləsi ilə bağlı təkliflərinə Azərbaycandan cavab alıb.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan deyib.
O bildirib ki, kommunikasiyaların açılması, silahların qarşılıqlı nəzarəti və yoxlanılması ilə bağlı maddələr cavabsız qalıb.
Qeyd edək ki, Azərbaycan 2024-cü ilin noyabrında sülh müqaviləsinin mətninə dair 11-ci təkliflər paketini Ermənistana göndərib.














