Ermənistan Rusiyaya nota verdi

Ermənistan Rusiyaya nota verdi

“Birinci kanal” Ümumrusiya Federal Televiziyasında yayımlanan verilişlə bağlı Rusiya Federasiyasının Ermənistandakı səfiri Sergey Kopirkinə etiraz məktubu təqdim olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Oktyabrın 23-də “Birinci kanal”ın efirində yayımlanan verilişdə Ermənistan Respublikasının yüksəkvəzifəli şəxslərinin ünvanına təhqiramiz və yolverilməz ifadələr səsləndirilib. Bununla bağlı Rusiya Federasiyasının səfiri Sergey Kopirkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb. Görüşdə səfirə müvafiq şikayət sənədi təqdim edilib”, – XİN-in məlumatında qeyd olunur.

Qeyd edək ki, bir il öncə bu gün – 24 oktyabr 2022-ci il tarixində sözügedən kanalın efirində Azərbaycan əleyhinə ermənipərəst mövqedə müzakirə aparıldığı və yanlış məlumatlar səsləndirildiyi üçün Azərbaycan Rusiyaya nota vermişdi.

Ayşən Mustafa
Globalinfo.az