Ermənistan parlamentində bu tarixdə delimitasiya məsələsi müzakirə ediləcək

Ermənistan parlamentində bu tarixdə delimitasiya məsələsi müzakirə ediləcək

Ermənistan Parlamentinin Xarici Əlaqələr Komissiyası oktyabrın 21-də delimitasiya komissiyalarının reqlamentinin ratifikasiyası məsələsini müzakirə edəcək.

Globalinfo.az xəbər verir ki, əsas məruzəçi baş nazirin müavini Mher Qriqoryan, həmspiker isə “Mülki müqavilə”dən olan deputat Sarkis Xandanyan olacaq.

Qeyd edək ki, sentyabrın 26-da Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyaların işi haqqında əsasnamə layihəsini ölkənin əsas qanununa uyğun olaraq tanıyıb.

Xatırladaq ki, Ermənistan Xarici İşlər Nazirliyi avqustun 30-da İrəvan və Bakı arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə imzalayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az