Ermənistan parlamenti “Avropa İttifaqına daxil olma prosesinin başlanması haqqında” qanun layihəsini təsdiqləyib.
Globalinfo.az “News.am”a istinadən xəbər verir ki, layihə parlamentin bu gün keçirilən iclasında müzakirə edilib. Qanun layihəsinin lehinə 63 deputat, əleyhinə isə 7 deputat səs verib.
Xatırladaq ki, Ermənistan hökuməti yanvarda bu layihəni təsdiqləyib. Baş nazir Nikol Paşinyan qeyd edib ki, bu, İrəvanın Aİ-yə avtomatik qoşulması demək olmayacaq, çünki bu məsələ referenduma çıxarılmalıdır.
Əliyar Xəlil
Globalinfo.az













