Ermənistanın silahlanmasının “səbəbi” açıqlandı – Qəribə yanaşma

Ermənistanın silahlanmasının "səbəbi" açıqlandı - Qəribə yanaşma

“2024-cü il büdcəsində müdafiə xərcləri 2018-ci illə müqayisədə iki dəfədən çox artıb, lakin bu, müharibəyə deyil, sülhə hazırlıqdır”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

O, Ermənistan vətəndaşlarının özlərini təhülkəsizlikdə hiss etmələrinin sülh və sabitliyin ən mühüm təminatı olduğunu bildirib:

“Əminəm ki, qonşu ölkələr bizim kiməsə hücum etmək fikrində olmadığımızı bilirlər. Hər bir suveren dövlətin orduda islahatlar aparmaq və müdafiəni gücləndirmək təkcə hüququ deyil, həm də öhdəliyidir”.

Ayşən Mustafa
Globalinfo.az