Ermənistan MN: “Sərhəddə atışma olub”

Ermənistan MN: "Sərhəddə atışma olub"

Azərbaycanla Ermənistan arasında şərti sərhəddə atışma olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Vardenis istiqamətində baş verən təxribat nəticəsində bir erməni əsgərin öldüyü bildirilir.

Məlumatda bildirilib ki, Ermənistan ordusunun əsgəri 19 yaşlı Qazaryan Vanik Aramoviçdir. Qeyd edilib ki, ölüm hadisəsi Geqarqunik vilayətinin Axpradzor (Yuxarı Zağalı) kəndində yerləşən mövqelərdən birində qeydə alınıb.

Məlumata görə, Q.V.Aramoviç Vayots Dzordan (Dərəyələz mahalı) hərbi xidmətə çağırılıbmış.

Qeyd edək ki, bir müddətdir ermənilərin Azərbaycanla sərhədə Hindistandan İran vasitəsilə döyüş texnikası daşıdığını əks etdirən görüntülər yayılır. Həmçinin rəsmi İrəvanın Ermənistan ordusunu növbəti müharibəyə hazırladığı, bunun üçün yeni silahlar aldığı bildirilir.

Ayşən Mustafa 

Globalinfo.az