Ermənistan KTMT-nin Minskdəki iclasında iştirak etməyəcək

Ermənistan KTMT-nin Minskdəki iclasında iştirak etməyəcək

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) xarici işlər nazirləri səviyyəsində Minskdə keçiriləcək iclasında iştirak etməyəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan belaruslu həmkarı Sergey Aleiniklə telefon danışığında bildirib.

Ermənistan MN sammitə müdafiə naziri Suren Papikyanın da qatılmayacağını elan edib.

Qeyd edək ki, noyabrın 14-də Ermənistanın baş naziri Nikol Paşinyan KTMT-nin noyabrın 23-də Minskdə keçiriləcək sammitində iştirakdan imtina etdiyini açıqlamışdı.