Tbilisi qərar verdi: İrəvan təhlükə altına düşdü – Malyan

Tbilisi qərar verdi: İrəvan təhlükə altına düşdü - Malyan

“Gürcüstanda “Xarici təsirin şəffaflığı” haqqında qanun layihəsi qüvvəyə mindikdən sonra Ermənistan üçün ciddi təhlükəsizlik problemi yaranacaq”.

Globalinfo.az xəbər verir ki, bunu erməni siyasi fəal, polis rəisinin keçmiş müşaviri Narek Malyan deyib.

N.Malyan zamanla region ölkələrinin Ermənistanı özləri üçün təhlükə hesab edəcəyini bildirib:

“Bundan sonra Cənubi Qafqazdakı bütün Qərb agentlərinin mərkəzi Ermənistana köçürüləcək. Onlar İrəvanda qərarlaşacaq, buradan fəaliyyət göstərəcəklər. Nəticədə isə regionun digər ölkələrində Ermənistana qarşı ciddi inamsızlıq yaranacaq. Həmçinin Tehran İrəvanı öz təhlükəsizliyi üçün təhdid kimi görməyə başlayacaq. Problemin qarşısını almağın tək yolu Ermənistanda da xarici agentlər haqqında qanunun qəbul edilməsidir, lakin hakimiyyət buna getməyəcək”.

Ayşən Mustafa
Globalinfo.az