Ermənistan da COP-a dəvət edilib – Prezident

Ermənistan da COP-a dəvət edilib - Prezident

Ermənistana da COP-da iştirak etmək üçün dəvət göndərilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev noyabrın 11-də Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb ilə görüşü zamanı bildirib.

Prezident İlham Əliyev Ermənistana da COP-da iştirak etmək üçün dəvət göndərildiyini, lakin bu ölkənin iştirak edib-etməməsinin Ermənistanın özünün qərarı olduğunu qeyd edib.