Ermənilər Sədərəkdə bunu etmək istəyir – Yeni plan

Ermənilər Sədərəkdə bunu etmək istəyir - Yeni plan

Yerasx (Arazdəyən) – Sədərək dəmir yolu çəkilənə qədər Ermənistan blokadada qalacaq.

Globalinfo.az Publika.az-a istinadən xəbər verir ki, bu iddia ilə “Ermənistan” fraksiyasından olan deputat Artur Xaçatryan çıxış edib.

Revanşist qüvvələrə yaxın olan deputat regional kommunikasiyanın açılması ilə blokadanın aradan qalxacağını real hesab etmir. O təklif edir ki, Ermənistanın dalandan çıxması üçün Yerasx-Sədərək dəmir yolu tikilməlidir.

“Bu yol açılmadan “Tramp marşrutu” (Zəngəzur dəhlizi-red) tam fəaliyyət göstərə bilməz. Bu yol (Zəngəzur dəhlizi) təkcə 42 kilometri deyil, Yerasxa gedən bütün marşrutu əhatə etməlidir”, – o iddia edib.

Qeyd edək ki, Ermənistanda revanşist qüvvələr Vaşinqton anlaşmalarına, o cümlədən Zəngəzur dəhlizinin “Tramp marşrutu” adı altında açılmasına qarşı çıxır. Yerasx-Sədərək dəmir yolu xətti məsələsinin ortaya atılması da “arqumentlərini” gücləndirmək məqsədi daşıyır.