Ermənilər mülki əhalini hədəf alan mina sahələri yaradıblar – VİDEO

Ermənilər mülki əhalini hədəf alan mina sahələri yaradıblar - VİDEO

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Ermənistanın işğal dövründə Azərbaycan ərazilərində sırf mülki əhaliyə yönəlmiş mina sahələri yaratdığını bildirib.

Globalinfo.az xəbər verir ki, o, mina hadisələrinin təxminən 70 faizinin keçmiş təmas xəttindən içəridə baş verdiyini deyib.

“Ermənilər mülki əhalini hədəf alan mina sahələri yaradıblar. Mina döşənən ərazilər tək keçmiş təmas xətti deyil. Qarşı tərəf təəssüf ki, heç bir məntiqə uyğun olmayan və sırf mülki əhaliyə qarşı yönəlmiş mina sahələri yaradıb”, – ANAMA sədri söyləyib.

Ətraflı Baku TV-nin süjetində: