Ermənilər Bakıdan görüntü paylaşdı: “Biz burdayıq” – Video

Ermənilər Bakıdan görüntü paylaşdı: “Biz burdayıq” – Video

Erməni Teleqram kanallarında Bakıda çəkildiyi bildirilən video paylaşılıb.

Globalinfo.az Axar.az-a istinadla xəbər verir ki, videoda Şəhidlər Xiyabanında olan bir qadın telefonunda Ermənistanın gerbini göstərir, digər kamera ilə isə ətraf ərazi görüntülənir.

Videonun montaj olub-olmadığı bilinməsə də, ermənilər bu görüntünü “Biz burdayıq” sözləri ilə tirajlayıb.

Qeyd edək ki, 4 iyun 2022-ci ildə də 15 yaşlı şərti adı Fidan olan qız uşağı ADNSU-nin qarşısında video çəkmişdi. O, DTX tərəfindən yaxalanmışdı.

Mövzu ilə bağlı aidiyyəti qurumlara sorğu verilib.