“Ermənistan vətəndaşları müxtəlif ölkələrdən daha asan sığınacaq ala biləcəklərini düşünərək ərizələrində doğulduqları ölkə hissəsinə Azərbaycan yazırlar”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentin iclasında deyib.
Mirzoyanın sözlərinə görə, Almaniya miqrasiya idarəsinin tərtib etdiyi sənədlərdə müraciət edən ermənilərin vəsiqəsində Ermənistanla yanaşı Azərbaycanın da adı qeyd olunur.
“Bizə göndərilən müraciətlərdə buna çox rast gəlirik. O adla sığınacaq almağa çalışırlar, qalıb yaşayırlar. Şəxsi məlumatları təhrif edirlər. Ermənilərin fərqli ölkələrdən sığınacaq almaq üçün özlərini Azərbaycan vətəndaşı kimi təqdim etdiyi hallar az deyil. Lakin yaşadıqları ölkədən deportasiya ediləndə yenə də qayıtdıqları ölkə Ermənistan olur”.
Ayşən Mustafa
Globalinfo.az














