Onları ədalətli şəkildə öldürək – Poqosyan

Onları ədalətli şəkildə öldürək - Poqosyan

“Yerusəlim Post” qəzetinin baş redaktor müavini, məşhur yəhudi jurnalist, diaspor üzvü Zvika Klen erməni hərbi ekspert Vladimir Poqosyanın videosuna diqqət çəkib. 

Globalinfo.az xəbər verir ki, o, Ermənistan Prezidentinin milli təhlükəsizlik üzrə keçmiş köməkçisi Vladimir Poqosyanın yəhudiləri öldürmək üçün HƏMAS-a kömək edəcəyini dediyi görüntüləri sosial şəbəkə hesabında paylaşıb.

Poqosyan deyir:

“HƏMAS-a yəhudiləri öldürmək üçün dəstək olacağam. Bütün dünyaya onların ədalətli şəkildə öldürülməsi üçün çağırış edirəm. Siz çaqqalları tamamilə məhv etməlisiniz. Əgər mənim intellektim Hizbullah və HƏMAS üçün çalışsaydı, 1000-dən çox insan ölməzdi. Mən Holokostu heç zaman qəbul etməmişəm. Onlar dağıdıcı xalqdır və yer üzərində qalmağa haqları yoxdur. İsrail faşist dövlətdir”.

Nəşr Poqosyanın İsrailin Azərbaycana silah satmasını əsas gətirərək bu sözləri dediyini bildirib və rəsmi Bakının Ermənistanla münaqişədə tam haqlı tərəf olduğuna diqqət çəkib.

Ayşən Mustafa
Globalinfo.az