Erməni hərbçi döyüş mövqeyindən çəkildi, itkin düşdü

Ermənistan ordusunun hərbi qulluqçusu döyüş mövqeyindən təyinat yerinə qayıdarkən itkin düşüb. 

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Əsgərin əlverişsiz hava şəraitində itkin düşdüyü bildirilir.

Nazirlik hazırda onun axtarışının davam etdirildiyini açıqlayıb.

Əliyar Xəlil
Globalinfo.az