Erməni deputatdan polisə xəbərdarlıq: “Geri çəkilməyəcəyik”

Erməni deputatdan polisə xəbərdarlıq: "Geri çəkilməyəcəyik”

“Nə qədər qəddar və sərt üsullardan istifadə etsəniz, o qədər çox insan etiraz aksiyalarına qoşulacaq”.

Globalinfo.az xəbər verir ki, bunu erməni deputat Qarnik Danielyan aksiyada vətəndaşlara qarşı kobudluq edən polisə müraciətində deyib.

“Sizdən heç kim qorxmur, geri çəkilməyə yerimiz yoxdur. “Qırmızı beretlilər”in istifadə etdiyi qeyri-adekvat davranış etiraza çıxanların iradəsini qıra bilməz. Qanunsuz hərəkətləriniz dayanacaq və başa düşəcəksiniz ki, biz öz yolumuzdan geri çəkilməyəcəyik”, – Danielyan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az