Qorxu içində yaşayır, bunkerdən çıxmırlar – Danielyan

“İrəvan Azərbaycanın tələblərini itaətkarlıqla yerinə yetirir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan blokundan olan deputat Qarnik Danielyan deyib.

“Paşinyan üçün “qırmızı xətt” yoxdur. Qorxu içində yaşayan, bunkerlərini tərk etməyən hakimiyyət nümayəndələri hər şeyin guya normal olduğunu sübut etməyə çalışırlar. Tamaşa hazırlayırlar, Paşinyanın işə velosipedlə getdiyini göstərən bir neçə kadr təqdim edirlər”, – Danielyan bildirib.

O, həmçinin Geqarkunik vilayətinin qubernatoru Karen Sarkisyanın müəllimlərin mitinqdə iştirakını qadağan etməsinə münasibət bildirib.

“Vaxtilə xaricə işləməyə gedən bu adam insanların mitinqdə iştirakını qadağan edib. Hakimiyyət dəyişikliyindən sonra siz öz işinizə qayıdacaqsınız. Ümumiyyətlə, hər kəs öz əvvəlki işinə geri dönəcək. Cavab verməyin vaxtı gələcək və o gün uzaqda deyil”, – deputat vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az