Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə prezident seçkilərinin vaxtının önə çəkilməsi ilə bağlı çağırışlara münasibət bildirib.
Globalinfo.az xəbər verir ki, o, müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəlin seçkilərin erkən keçirilməsi ilə bağlı təklifinə cavab verib.
Türkiyə lideri prezident seçkilərinin 2028-ci ildə baş tutacağını vurğulayıb:
“Bu zeyniyyətlə mübarizə apararaq indiki məqama gəlib çatmışıq. Hamısı tələb olublar. Biz isə sarsılmadan mübarizəmizə davam edirik. Hər yolu sınadılar, amma bacarmadılar. Hətta Qərb ölkələrinə “Türkiyəyə niyə müdaxilə etmirsiz?”, – deyəcək qədər alçaldılar. CHP-nin başındakı şəxs sandıq deyib durur. Konstitusiya və seçki haqqında qanun dəyişmədiyi üçün növbəti proses 2028-ci ildə keçiriləcək, cənab Özgür.
Həbsxanalardan Milli Məclisə tunel qazmaq siyasət deyil”.
Əliyar Xəlil
Globalinfo.az













