Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özügür Özəli məhkəməyə verib.
Globalinfo.az xəbər verir ki, bunu Ərdoğanın vəkili Hüseyin Aydın açıqlayıb.
Məlumata görə, Özəl prezidenti təhqir etməkdə ittiham olunur. Vəkil buna görə partiya sədrindən 1 milyon TL təzminat tələb ediləcəyi söyləyib.
H.Aydın məsələ ilə bağlı Respublika Baş Prokurorluğuna da məlumat verildiyini bildirib.
Əliyar Xəlil
Globalinfo.az













