
Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Prezident qeyd edib ki, yanğınlara qarşı mübarizədə təyyarə və helikopterlər vasitəsilə 33 min 200 ton su istifadə olunub.
Yanğınların törədilməsində məsuliyyəti olduğu müəyyən edilən 31 nəfər saxlanılıb, onlardan 10-u həbs edilib, 10 nəfər isə məhkəmə nəzarəti ilə azadlığa buraxılıb.
Hazırda İzmir, Menderes, Seferihisar, Akhisar və Muğlanın Bodrum bölgəsində yanğınların söndürülməsi istiqamətində işlər davam etdirilir. Sakarya və Bilecik bölgələrindəki yanğınlar isə qismən nəzarət altına alınıb.
Aysel Əliyeva
Globalinfo.az














