Ərdoğan Quterreşə mükafat verəcək

Ərdoğan Quterreşə mükafat verəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk Beynəlxalq 2025-ci il Atatürk Beynəlxalq Sülh Mükafatını BMT-nin Baş katibi Antonio Quterreşə təqdim edəcək.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, bu barədə Ərdoğan Ankarada Türkiyə Cümhuriyyətinin 102-ci ildönümü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

“Atatürk Beynəlxalq Sülh Mükafatımızı Birləşmiş Millətlər Təşkilatının Baş katibi cənab Antonio Quterreşə təqdim edəcəyik. Dünyada sülh və sabitliyin bərqərar olması üçün göstərdiyi səylərə görə ona minnətdarlığımı bildirirəm”, – deyə Ərdoğan bildirib.

Qeyd edək ki, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün adını daşıyan Atatürk Beynəlxalq Sülh Mükafatı rəsmi dövlət mükafatıdır. Bu mükafat Atatürkün “Yurdda sülh, cahanda sülh” prinsipinə uyğun olaraq, sülhə, beynəlxalq dostluğa və xoşməramlılığa xidmətlərinə görə təqdim olunur.