Ərdoğan Makronla Suriyanı müzakirə etdi

Ərdoğan Makronla Suriyanı müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, iki lider arasındakı telefon danışığının əsas gündəmi Suriya olub.

Ərdoğan Suriyanın ərazi bütövlüyü və suverenliyinin qorunmasının vacib olduğunu, Fransanın Suriyadakı səfirliyini yenidən açmaq qərarından məmnun olduğunu bildirib.

Telefon danışığı zamanı həmçinin Türkiyə ilə Fransa arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.