Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 gün ərzində Dəməşqə gedəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, artıq Dəməşqdə səfərlə bağlı əsaslı hazırlıq işlərinə başlanılıb.
Ərdoğanın Dəməşqdə “Heyət Təhrir əş-Şam” (HTŞ) qruplaşmasının lideri Əbu Məhəmməd Colani ilə görüşəcəyi, Əməvi məscidini ziyarət edəcəyi vurğulanır.
Görüşlə bağlı təhlükəsizlik tədbirlərinin Türkiyə tərəfindən təmin olunacağı bildirilir.
Əliyar Xəlil
Globalinfo.az














