21:13
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan almaniyalı həmkarı Frank-Valter Ştaynmayerlə görüşüb.
Globalinfo.az xəbər verir ki, prezidentlər arasında təkbətək görüşdən sonra Ərdoğan və Ştaynmayerin nümayəndə heyətləri arasında da görüş təşkil olunub.
Görüş zamanı Qəzzadakı vəziyyət, Türkiyə ilə Almaniya arasındakı ikitərəfli əlaqələr və qlobal problemlər müzakirə edilib.
Ərdoğan Qəzzada dərhal atəşkəsin yaradılması və humanitar yardımların çatdırılması lazım olduğunu bildirib.
Hər iki lider bütün səylərin HƏMAS-ın əlində olan girovların azad edilməsinə yönəldilməli olduğu ilə bağlı razılaşıblar.
Qeyd edək ki, Ərdoğan daha sonra Almaniya kansleri Olaf Şoltsla görüşəcək.














