Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr

Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr

Mərkəzi Seçki Komissiyası bu gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı səsvermə prosesində seçici fəallığını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, respublika üzrə 1 874 810 nəfər səs verib və seçici fəallığı 31.45 faiz olub.

Səsvermədə ən çox seçici aktivliyi 59 saylı Quba seçki dairəsində qeydə alınıb.

Burada seçici fəallığı 38,50 faiz olub.

Ən az seçici aktivliyi isə 54 saylı Mingəçevir seçki dairəsinə aiddir. Burada aktivlik göstəricisi 24,45 faiz olub.

Qeyd edək ki, bələdiyyə seçkilərində səsverməyə bu gün saat 08:00-da start verilib, səsvermə saat 19:00-da başa çatıb. Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.