Əməkdar artistin qızı vəfat etdi – FOTO

Əməkdar artistin qızı vəfat etdi - FOTO

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aktyoru Elşad Məmmədovun qızı vəfat edib.

Globalinfo.az xəbər verir ki, bu barədə E.Məmmədov özü məlumat yayıb.

“Bu gün qızım Yaqut dünyasını dəyişdi. Allah rəhmət eləsin”- sözlərini yazıb.

Məlumata görə, əməkdar artistin qızı bir müddət əvvəl dənizdə boğulmaq təhlükəsi ilə üz-üzə qalıb. Son anda xilas edilən Y.Məmmədova sonradan xəstəliyə yoluxub.

Əməkdar artistin qızı vəfat etdi - FOTO

Zaira Akifqızı
Globalinfo.az