Elşən Musayev bu dairədən namizəd olacaq

Elşən Musayev bu dairədən namizəd olacaq

VI çağırış Milli Məclisin deputatı, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev namizədliyini irəli sürəcəyi seçki dairəsini dəqiqləşdirib.

Globalinfo.az-ın xəbərinə görə, Modern.az-a açıqlamasında deputat Elşən Musayev bildirib ki, o,116 saylı Qəbələ seçki dairəsindən namizəd olacaq.

“Bəli, hansı dairədən namizədliyimi verməyimlə bağlı qərarımı dəqiqləşdirdim. Həmin dairə 116 saylı Qəbələ seçki dairəsi olacaq”,- Elşən Musayev vurğulayıb.

Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyasının 116 saylı Qəbələ seçki dairəsindən namizədi Ədilə Tağıyevadır.