“Mərhələlər keçdikcə daha güclü rəqiblər gəlir. Komandalar fərqli hazırlaşır.Əsas oyunumuz sabahdır”.
Globalinfo.az xəbər verir ki, Bakıda keçirilən dünya çempionatında millimizin yarımfinala yüksəlməsini şərh edərkən baş məşqçisi Elşad Quliyev deyib.
“Xalqımızı təbrik edirəm. Çox gözəl oyun keçdi. Mərhələlər keçdikcə daha güclü rəqiblər gəlir. Komandam yaxşı mübarizə apardı. Qalib gəldik, sevinirik. Yarımfinal matçına hazırlaşacağıq.
Əsas oyunumuz sabahdır. Monteneqronu uda bilsək, çempionluq haqda danışmaq olar.
Tanıdığımız komandadır. Amma bütün komandalar dünya çempionatına fərqli hazırlaşır. Oyunlarını izləmişik. Mənim üçün yarımfinalın başqa təəssüratı var. Komandalar bu mərhələdə bütün güclərini qoyub finala çıxmaq istəyir”, – baş məşqçi deyib.
Xatırladaq ki, bu gün Azərbaycan milli komandası Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında 1/4 final mərhələsi çərçivəsində İngiltərə seçməsi ilə üz-üzə gəlib. Qarşılaşma Elşad Quliyevin yetirmələrinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.














