Əliyevin planı: seçkidən sonra bunu edəcək – Qaltsyan

Əliyevin planı: seçkidən sonra bunu edəcək - Qaltsyan

“Mövcud Ermənistan hakimiyyətinin fəaliyyəti müddətində sadəcə onların rifahı, ölkənin xarici borcu artıb”.

Globalinfo.az xəbər verir ki, bunu erməni ekspert, kinoejissor Ovannes Qaltsyan deyib.

O, ermənilərin Qarabağa sadəcə bir halda qayıda biləcəklərini söyləyib:

“Hazırda hər şey İlham Əliyevin planına uyğun gedir. O, əsirlərin dəyişdirilməsini İrəvanla ikitərəfli dialoqun müsbət nəticəsi kimi dünyaya çatdırır, paralel olaraq Rusiyanı oyundan kənarda qoyur. Bu məsələ Əliyevin böyük planında bir kartdır. Qərb də onu etibarlı tərəfdaş hesab edir. Ehtimal ki, Əliyev seçkilərdən sonra Ermənistana yeni tələb irəli sürəcək. Bu isə yalnız azərbaycanlıların Ermənistan ərazilərinə geri qayıdacaqları halda ermənilərin Qarabağa dönə bilmələrindən ibarət olacaq.

“Artsax” mövzusu isə bizim hakimiyyət üçün əhəmiyyətli deyil. Nazirlik bununla bağlı təqdim etdiyimiz layihələri maliyyələşdirmir”.

Ayşən Mustafa
Globalinfo.az