Əliyevin Lukaşenko və Şəriflə görüntüsü diqqət çəkdi – FOTO

Əliyevin Lukaşenko və Şəriflə görüntüsü diqqət çəkdi - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev ŞƏT sammiti çərçivəsində Belarus Prezidenti Aleksandr Lukaşenko və Pakistanın Baş naziri Şahbaz Şərif ilə söhbət edib.

Globalinfo.az xəbər verir ki, bu barədə fotolar Telegram kanallarında yer alıb.

“Lukaşenko və Əliyev dəyirmi masa arxasında kreslolarda oturub gülür və bir-birlərinə baxırlar. Şərif onların arasında dayanıb, həmsöhbətlərinə tərəf əyilib, prezidentləri çiyinlərindən qucaqlayır”, – deyə qeyd olunub.

Xatırladaq ki, avqustun 31-də axşam Çinin Tianjin şəhərindəki Meijiang Beynəlxalq Konqres və Sərgi Mərkəzində ŞƏT-in iki günlük 25-ci sammiti başlayacaq.