
“Azərbaycan hesab edir ki, nə qədər ki, geosiyasi vəziyyət imkan verir, Ermənistanı elə vəziyyətə salmaq lazımdır ki, onun heç vaxt potensial təhlükəyə çevrilmək imkanı olmasın”.
Globalinfo.az Axar.az -a istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın Lehigh Universitetinin professoru, siyasi elmlər doktoru Armen Qriqoryan erməni mediasına müsahibəsində deyib.
“Bu, Azərbaycanın Ermənistana tətbiq etdiyi Versal modelidir və Əliyev bu fürsətdən ağıllı şəkildə istifadə edir”, – o bildirib.














