Eli Kohen Azərbaycana gəldi – YENİLƏNİB

Eli Kohen Azərbaycana gəldi - YENİLƏNİB

İsrailin xarici işlər naziri Eli Kohen Azərbaycanda səfərdədir.

Globalinfo.az xəbər verir ki, onu İsraildə fəaliyyət göstərən 20 şirkətinin təmsilçilərindən ibarət işgüzar nümayəndə heyəti müşayiət edir.

Səfər çərçivəsində İsrailin XİN başçısının aprelin 19-da Bakıda keçiriləcək Azərbaycan-İsrail Hökumətlərarası Birgə Komissiyasının növbəti iclasında iştirak edəcəyi, həmçinin ölkə rəsmiləri ilə bir sıra görüşlər keçirəcəyi gözlənilir.

***13:51

İsrailin xarici işlər naziri Eli Kohen Azərbaycana səfərə yola düşüb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, naziri səfərdə İsrailin kibertəhlükəsizlik, daxili təhlükəsizlik, su təchizatı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən 20 şirkətinin təmsilçilərindən ibarət işgüzar nümayəndə heyəti müşayiət edir.

Səfər çərçivəsində İsrail XİN başçısının aprelin 19-da Bakıda keçiriləcək Azərbaycan-İsrail Hökumətlərarası Birgə Komisiyasının növbəti iclasında iştirak edəcəyi, həmçinin ölkə rəsmiləri ilə bir sıra görüşlər keçirəcəyi gözlənilir.

Bundan əlavə, Eli Kohen Bakının yəhudi icmasının nümayəndələri ilə görüşəcək.

***11:36

Azərbaycan müsəlman ölkəsidir və onun strateji mövqeyi aramızdakı əlaqələrin əhəmiyyətini böyüdür, böyük potensiala çevirir.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Eli Koen bildirib.

“Bakıdakı dostlarımızla birlikdə təhlükəsizlik, iqtisadiyyat, innovasiyalar və enerji sahələrində əməkdaşlığımızı dərinləşdirmək, xüsusilə də ortaq çətinliklərə qarşı güclü və vahid cəbhə yaratmaq üçün mən bu gün vacib siyasi səfərə gedirəm”, – XİN rəhbəri qeyd edib.

O, bugünkü səfərdə İsrailin vacib şirkətlərindən ibarət iqtisadi nümayəndə heyətinin olduğunu da vurğulayıb.

Eli Koen, İsrail və Azərbaycan arasında mövcud olan münasibətlərin daha da yaxşılaşdırılması üçün ticarət həcminin artırılmasının zəruriliyini vurğulayıb.