
“Aldığım maaşa əlavələr də olunurdu”.
Globalinfo.az xəbər verir ki, bu sözləri sabiq xarici işlər naziri Elmar Məmmədyarov İTV-də yayımlanan verilişlərin birində deyib.
O bildirib ki, aldığı pul qane edirdi:
“Mənim səfir diplomatik rütbəmə, həm də nazir kimi digər xərclərə görə əməkhaqqıma olunan əlavələri və təchizat xərclərini də nəzərə alsaq aldığım məbləğ kifayət qədər münasib idi. Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam? Ümumiyyətlə deyə bilərəm ki, mənim sıxıntım olmayıb. Həyatım boyu kasıb insan olmamışam. Atam akademik idi, mən hələ 1988-89-cu illərdə Sovet İttifaqında dollarla maaş alırdım”.
Sabiq nazir onu da əlavə edib ki, 13 ilə yaxın bir müddətdə Birləşmiş Ştatlarda yaşayıb və hər zaman yüksək əməkhaqqı alıb.
E. Məmmədyarov öz dilimizdə səlis danışa bilməməsinə aydınlıq gətirib, zaman-zaman ünvanına bu səbəbdən yönələn tənqidlərə cavab verib:
“Mən düzgün nitqə yiyələnmək üçün diksiya dərsləri almamışam. Mən düşündüyüm kimi danışıram. Yalnız Azərbaycan dilində deyil, rus dilində də, ingilis dilində də səhv edə bilərəm. Bəli, əlbəttə, müəyyən ömür yaşamışam, rus və ingilis dilində təhsil almışam. Azərbaycan dilində təhsil almadığıma görə mənim nitqim həyətdə, küçədə, valideynlərim və qohumlarımla ünsiyyətdə olduğum məişət-danışıq üslubundadır. Amma belə deyək ki, mən oturub Azərbaycan dilini xüsusi öyrənmişəm. Açığı, xarici işlər naziri olduğum üçün ingilis dilində danışmağı öyrənməli idim. İngilis və rus dillərini bilmək mənim üçün olduqca önəmlidir. Rus dili BMT-nin rəsmi dillərindən biridir”.
Ətraflı videoda:














