Əhmədinejatın ofisi sui-qəsdlə bağlı açıqlama yaydı

Əhmədinejatın ofisi sui-qəsdlə bağlı açıqlama yaydı

İranın sabiq Prezidenti Mahmud Əhmədinejatın ofisi ona qarşı sui-qəsd nəticəsində öldürülməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

Bildirilib ki, siyasətçinin ofisi onun sui-qəsd nəticəsində öldürülməsinə dair yayılan məlumatları təkzib edib.