Əhmədian Şahin Mustafayevlə görüşdü

Əhmədian Şahin Mustafayevlə görüşdü

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə İran dövlət mediası məlumat yayıb.

Görüşdə ikitərəfli münasibətlərin bütün aspektlərinin inkişafı və Cənubi Qafqaz regionunda baş verən son hadisələr müzakirə edilib.