Son günlər ölkədə müşahidə olunan sərin hava şəraiti qəfil istilərlə əvəz olunub. Belə dəyişikliyin bəzi insanlara mənfi təsir etdiyi bildirilir. Hətta ani temperatur artımının orqanizm üçün təhlükə yaratdığı vurğulanır.
Belə kəskin temperatur dəyişikliyi kimlər üçün risklidir?
Globalinfo.az-a danışan terapevt Aygün Sayılova deyib ki, qəfil hava dəyişikənliyi xüsusilə yaşlılar, körpələr, hamilə qadınlar və xroniki xəstəliyi olanlara təsir edir:
Aygün Sayılova
“Həmçinin, ürək-damar, nevroloji xəstəliklər və yüksək təzyiqdən əziyyət çəkənlər havanın ani dəyişməsinə qarşı həssas olurlar. Temperaturun sürətlə artması artıq çəkisi olan insanlara da mənfi təsir göstərə bilər. Aktiv işlə məşğul olanlara yüngül geyim seçmək tövsiyə edilir. Xroniki xəstəliyi olan şəxslər dərman qəbulunun vaxtına fikir verməli, istirahət rejiminə riayət etməlidirlər. Bu dövrdə əhali qıcıqlandırıcı, istilik artıran və qan dövranını sürətləndirən ədviyyatlardan uzaq durmalı, sağlam qidalanmaya diqqət etməli, kifayət qədər su içməli və nizamlı yuxu rejimini saxlamalıdır”.
Ləman Hüseynzadə
Globalinfo.az














