Əfv gözləyənlərin diqqətinə: hansı tarixdə olacaq? – Açıqlama

Əfv gözləyənlərin diqqətinə: hansı tarixdə olacaq? - Açıqlama

Azərbaycanda adətən hər il mart ayında əfv sərəncamı imzalansa da, hələ ki bu barədə qərar verilməyib. İddialara görə, bu il əfvlə bağlı qərar gözlənilmir.

Globalinfo.az-a danışan hüquq müdafiəçisi Sahib Məmmədov deyib ki, sözügedən qərar may ayında verilə bilər:

Əfv gözləyənlərin diqqətinə: hansı tarixdə olacaq? - Açıqlama

Sahib Məmmədov

“Əfv Komissiyasının üzvləri prosesin məhz bu tarixə qədər davam edəcəyini açıqlamışdı. Normalda komissiya dövr üzrə işini başa çatdırır, sonra ölkə başçısına təkliflərlə müraciət edir. Prezident isə komissiyanın fikirlərini nəzərə də ala bilər, almaya da… Sərəncamın may 10-u və ya 28-i ərəfəsində imzalanması mümkündür. Bu, ölkə başçısının müstəsna səlahiyyətidir”.

Zaira Akifqızı
Globalinfo.az